“Keşlə” klubu daha bir futbolçunu heyətdən kənarlaşdırıb.
Söhbət ukraynalı legioner Dmitri Klotsdan gedir. Ukraynalı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub. Futbolçuya digər təkliflər olduğu üçün bu addım atılıb. Qeyd edək ki, mövsümün əvvəlində komandaya cəlb olunan futbollçunun müqaviləsi bu ilin sonunda başa çatmalı idi.